ABŞ öhdəliklərini yerinə yetirsə, İran qarşılıq verəcək – Pezeşkian
Aydındır ki, ABŞ-ın öhdəlikləri pozması İran tərəfindən mütənasib cavabla qarşılanıb.
BUTA.TV xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
“Lakin mən bunu açıq şəkildə bildirirəm: əgər ABŞ anlaşma memorandumuna əsasən öhdəliklərini yerinə yetirməyə qayıtsa, İran dərhal qarşılıq verəcək”, - Pezeşkian bildirib.
Pezeşkian qeyd edib ki, İran ABŞ-dan fərqli olaraq, beynəlxalq öhdəliklərinə və razılaşmalara qüsursuz riayət etmək təcrübəsinə malikdir və həmişə beynəlxalq hüquq prinsipləri əsasında hərəkət edib.