Rusiya Ermənistanda bütün öhdəliklərini yerinə yetirir
Rusiya Ermənistanla həmişəki kimi işləməyə davam edir və Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı bütün öhdəliklərini yerinə yetirir.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin deyib.
O bildirib ki, İrəvan mövcud razılaşmalardan rəsmi olaraq imtina etməyib:
“Ermənistan vaxtaşırı bu məsələ ilə bağlı açıqlamalar verir, lakin əməkdaşlıq eyni formatda davam edir”.