Bu gün səhər saatlarında Ərdəbil əyalətinin şimal bölgələrində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat verib.

Məlumata görə, zəlzələ saat 03:09-da 10 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanların episentrinin Muğan bölgəsində olduğu bildirilib.

Zəlzələ Ərdəbil əyalətinin şimalı da daxil olmaqla, İranın şimal-qərbindəki bəzi ərazilərdə hiss olunub.

Təbiət hadisəsi nəticəsində mümkün dağıntı və insan itkisi barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, bu gün Şamaxı ərazisində də zəlzələ olub.