Aparanda dəhşətli qəza: 5 nəfər öldü, 10-u yaralandı
Ermənistanın Araqatsotn bölgəsindəki Aparan şəhəri yaxınlığında ağır avtomobil qəzası olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, qəza nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzanın “PAZ” avtobusu ilə “Opel” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verdiyi deyilir.