Papua-Yeni Qvineyanın şərqində 5,4 maqnitudalı zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri ölkənin paytaxtı Port-Morsbidən 278 kilometr şimal-qərbdə yerləşib. Ocağın 65 kilometr dərinlikdə olduğu bildirilir.

Zəlzələ nəticəsində ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.