Rusiya bazarından çıxmaq istəmirik - Papoyan
Ermənistan Rusiya bazarından imtina etmək niyyətində deyil və rusiyalı həmkarları ilə fəal şəkildə işləyir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib.
O bildirib ki, Ermənistan rusiyalı həmkarlarının qeyd etdiyi problemləri inkar etmir:
“Rusiya tərəfinin qaldırdığı bütün məsələlərlə bağlı “razı deyilik və heç nə etməyəcəyik” demirik, əksinə, qaldırılan məsələlərin həlli yollarını axtarırıq”.