Ermənistanın AB-yə qoşulmaq arzusu tezliklə yox olacaq.

BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumunda çıxışında deyib.

“Avropa Birliyi bir çox amillərə, o cümlədən axmaqlığa, uzaqgörən olmadığına görə iqtisadi üstünlüklərini itirir”, - Lavrov bildirib.

Onun sözlərinə görə, Ermənistan və Serbiya AB-yə qoşulmaq istəkləri barədə danışmağa davam edirlər:

“Serbiyalı dostlarımız, indi isə erməni tərəfdaşlarımız Avropa Birliyinə qoşulmaq istədiklərini deməyə davam edirlər. Əminəm ki, onlar çox tezliklə bu istəkdən imtina edəcəklər”.