ABŞ-ın hücumu: İran ölən hərbçilərinin sayını açıqladı
ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində daha altı İran hərbçisi həlak olub.
BUTA.TV bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, sentyabrın 1-də ABŞ-ın İranın cənubundakı hədəflərə endirdiyi zərbələr nəticəsində Hərbi Dəniz Qüvvələrinin altı üzvü öldürülüb.
Daha əvvəl isə həmin hücumlarda İranın hərbi hava və dəniz qüvvələrinin üç pilotu həlak olmuşdu.
Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələrin endirildiyini xəbər verib. İran cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyn də daxil olmaqla ABŞ-nin hərbi bazalarına zərbələr endirib.