Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevdə doqquzmərtəbəli yaşayış binasına PUA zərbəsi endirib.

BUTA.TV xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.

O bildirib ki, zərbədən sonra binada yanğın başlayıb.

Hücum nəticəsində ölən və xəsarət alanların olub-olmaması araşdırılır.