Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 12-yə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, gəmisinin batmasından sonra davam edən axtarış əməliyyatları zamanı daha iki cəsəd tapılıb.
Qəza nəticəsində ölənlərin sayı 12-yə çatıb, 16 nəfər isə hələ də itkindir.
Qeyd edək ki, sərnişin gəmisi avqustun 30-da Şimali Kiprin Girnə sahillərində qəzaya uğrayıb.