Ukraynanın paytaxtı Kiyevdə ardıcıl partlayışlar baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Partlayışların nədən qaynaqlandığı açıqlanmır.

Qeyd edək ki, hazırda Dnepropetrovsk, Sum, Xarkov, Çerniqov, o cümlədən Kiyev vilayətində hava həyəcanı siqnalı elan edilib.