İranın Silahlı Qüvvələri milli təhlükəsizliyə təhdidlərə cavab olaraq qabaqlayıcı hərbi əməliyyatlar keçirməyə hazırdır.

BUTA.TV xəbər verir ki, bunu İran ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya deyib.

O bildirib ki, söhbət ölkənin hərbi strategiyasında əhəmiyyətli dəyişiklikdən gedir:

“Harada bir təhlükə aşkar etsək, orada profilaktik əməliyyatlar keçirəcəyik. Hərbi doktrinamiz profilaktik müdafiə və çəkindirmə əməliyyatlarına doğru dəyişib".