BMT Rusiya və Ukrayna arasında danışıqların təşkilinə yönəlmiş bütün səyləri dəstəkləyir.

BUTA.TV xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq TASS-a açıqlamasında bildirib.

“Biz Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqların keçirilməsinə yönəlmiş bütün səyləri təşviq edirik”, – Fərhan Haq deyib.

O, bu açıqlamanı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə səfərlərini şərh edərkən verib.