Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 14-ə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Bildirilib ki, itkin düşən 14 nəfərin axtarışları da davam edir.
Qeyd edək ki, avqustun 30-da Şimali Kipr Türk Respublikası sahillərində 267 nəfəri daşıyan bərə batmışdı.