İsveç ABŞ-dan 10 ədəd M142 HİMARS reaktiv yaylım atəşi sistemi alacaq.

BUTA.TV xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson bildirib.

Nazirin sözlərinə görə, sazişin dəyəri təxminən 7 milyard İsveç kronu (728,8 milyon dollar) təşkil edəcək.

Saziş çərçivəsində döyüş sursatları da alınacaq.

Tədarüklərin 2027-ci ildən başlaması gözlənilir.