Süni intellektin inkişafı bəşəriyyətin mövcudluğuna təhlükə yarada bilər.

BUTA.TV xəbər verir ki, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk deyib.

“Bu gün süni intellekt üzərində faktiki olaraq limitsiz güc bir neçə nəfərin əlində cəmləşib”, - o bildirib.

Türk çox gec olmadan süni intellekt sahəsində beynəlxalq təhlükəsizlik qaydalarının təcili hazırlanmasına və “qırmızı xətlərin” müəyyənləşdirilməsinə çağırıb.