Mən iki qərarı təsdiq etməliyəm - parlamentin buraxılması və seçkilərin keçirilməsi haqqında fərmanları. Hər iki qərarı sabah günorta açıqlayacağam.

BUTA.TV xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

Vuçiç oktyabrın 25-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib və sentyabrın 9-u günorta saat 12-də isə Skupçinanın (parlament) buraxılması haqqında fərmanı imzalayacağını söz verib.