İran ABŞ-ın sualtı aparatını ələ keçirib? - Foto
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-a məxsus pilotsuz sualtı aparatın Hörmüz boğazının girişində SEPAH tərəfindən ələ keçirilməsi ilə bağlı xəbərə ironik münasibət göstərib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Qalibaf X sosial şəbəkəsində retro-komiks üslubunda hazırlanmış karikatura paylaşıb.
Belə ki, şəkildə iranlı hərbçinin ABŞ-a məxsus sualtı dronun gövdəsini döydüyü təsvir olunub.
Qalibaf bununla SEPAH-ın ABŞ sualtı dronunu ələ keçirməsi barədə açıqlamasına istehzalı şəkildə münasibət bildirib.