Süni intellektlə işləyən pilotsuz sistemlər və avadanlıqlar İsrail ordusunun yeni bir qolunun əsasını təşkil edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.

"Ötən həftə — tarixi bir hadisə... Mən İsrail Müdafiə Qüvvələrinin yeni bir qolunun — sürətlə inkişaf edən bu sahəyə cavabdeh olacaq Pilotsuz Sistemlər və Süni İntellekt Qüvvələrinin yaradılmasına yekun təsdiq verdim. Bu qərar tezliklə tətbiq olunacaq", - deyə o bildirib.

Zamirin sözlərinə görə, ordunun bu qolu dənizdə, quruda və havada yerləşdirilən robot sistemlərindən məsul olacaq.