Rusiya Xarkovda qatara hücum etdi: yaralılar var
Rusiya Xarkov vilayətinin İskra kəndi yaxınlığındakı dəmir yolu stansiyasına “Şahid” tipli PUA ilə zərbə endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, PUA Xarkov və İzyum arasında hərəkət edən qatara dəyib.
Hadisə nəticəsində yanğın baş verib, altı nəfər yaralanıb.