Batumidən uçan təyyarə Rizədə dənizə düşdü - Video
Gürcüstanın Batumi şəhərindən Ordu-Giresun Hava Limanı istiqamətində uçan təyyarə Rizə sahilərində dənizə düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Rizə valisi İhsan Səlim Baydaş məlumat yayıb.
Məlumata görə, təyyarədə 2 nəfər olub.
“İki belçikalı sahil mühafizə qruplarımız tərəfindən xilas edilib. Onların həyati təhlükəsi yoxdur”, - Baydaş bildirib.