Suriyada güclü partlayış: 3 nəfər öldü
Suriyanın İdlib əyalətinin Sarmada şəhəri yaxınlığında yerləşən silah-sursat anbarında partlayış baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 10-dan çox şəxs yaralanıb.
Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.