Ukrayna Mahaçqalanı vurdu: Teatrda yanğın başaldı - Video
Mahaçqala şəhərində Ukrayna PUA-larının hücumundan sonra liman ərazisində yanğın baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Dağıstan rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şçukin məlumat verib.
O bildirib ki, PUA qalıqlarının düşməsi nəticəsində Avar Musiqili-Dram Teatrında da yanğın qeydə alınıb.
Təhlükəsizlik məqsədilə Mahaçqala hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.