Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qarabağda münaqişənin kəskinləşdiyi dövrlərdə Ermənistana kömək etmədiyi barədə bəyanatlar yalandır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Zvezda” kanalının efirində deyib.
O qeyd edib ki, Qərb dövlətləri Ermənistanın Qarabağdan rəsmən imtina etməsi mövzusunu irəli sürüblər və NATO-nun diktəsi ilə imzalanmış sənədlərdə tanınmamış respublikanın sakinlərinin hüquqları heç bir şəkildə təsbit və təmin edilməyib:
“Lakin rəsmi İrəvan dedi ki, bütün bunlar Rusiya və KTMT-yə görədir. Bu fikri söyləyən və yayanların hamısını yalan danışmaqda ittiham edirəm. Bu, doğru deyil, yalandır. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib”, - Zaxarova bildirib.
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
Rusiya XİN rəsmisinin sözlərinə görə, Rusiya və Prezident Vladimir Putin bu regionda qan tökülməsinin və genişmiqyaslı müharibənin başlanmasının qarşısını almaq üçün dəfələrlə bütün siyasi və şəxsi imkanlardan istifadə edib, o cümlədən Ermənistan vətəndaşlarını xilas edib.
O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın AB, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır.
- Bakıya uçan taksilər nə vaxt gələcək? - Ekspert
- Növbəti DÇ tarix yazacaq - Bir əsrlik mundialda gözlənilməz dəyişikliklər
- Prezidentin qızına xəyanətini qəzetdə elan vermişdi - 644 milyon ödəyəcək
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü