2026-cı ildə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatından sonra FIFA 2030-cu il turniri üçün daha bir tarixi dəyişikliyi nəzərdən keçirir. Turnirin 100 illiyi münasibətilə təşkil olunacaq mundialın iştirakçı sayının 48-dən 64 komandaya çatdırılması müzakirə edilir.
“BUTA.TV” xəbər verir ki, 2030-cu il dünya çempionatı 8 iyun-21 iyul tarixlərində İspaniya, Portuqaliya, Mərakeş, Uruqvay, Argentina və Paraqvayda keçiriləcək.
Beləliklə, dünya çempionatı tarixində ilk dəfə turnir 3 qitə və 6 ölkədə təşkil olunacaq.
Ev sahibi olan altı ölkənin milliləri seçmə mərhələdən keçmədən birbaşa final mərhələsinə vəsiqə qazanacaq.
DÇ-nin 100 illiyi münasibətilə ilk üç oyun simvolik olaraq Uruqvay, Argentina və Paraqvayda keçiriləcək.
1930-cu ildə ilk DÇ-yə ev sahibliyi edən Uruqvayın Montevideo şəhərində yerləşən “Sentenario” stadionunda yubiley açılış oyununun keçirilməsi planlaşdırılır.
Argentina ilk matçını Buenos-Ayresdəki “Monumental”, Paraqvay isə Asunsyondakı “Osvaldo Dominguez Dibb” stadionunda oynayacaq.
Turnirin əsas hissəsi isə 13-14 iyun tarixlərindən etibarən İspaniya, Portuqaliya və Mərakeşdə davam edəcək.
2030-cu ildə keçiriləcək DÇ-nin finalına ev sahibliyi uğrunda əsas rəqabət İspaniya və Mərakeş arasında gedir.
İspaniyanın yenidən qurulan “Santyaqo Bernabeu” stadionu əsas favorit hesab olunsa da, Mərakeşin Kasablanka şəhərində tikilən və 115 min azarkeş tutumuna malik “Grand Stade Hassan II” də final üçün güclü namizəddir.
FIFA hələlik turnirin keçiriləcəyi stadionların yekun siyahısını açıqlamayıb.
FIFA prezidenti Canni İnfantino 2026-cı il turnirinin uğurunu əsas gətirərək, 2030-cu ildə iştirakçı sayının 64 komandaya çatdırılması ehtimalını gündəmə gətirib.
İnfantino bildirib ki, kiçik futbol ölkələrinə daha çox iştirak imkanı verilməsi onların inkişafına təkan verə bilər.
Bu təşəbbüsü Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Domingez də dəstəkləyib.
Lakin UEFA prezidenti Aleksandr Çeferin və Asiya Futbol Konfederasiyasının rəhbəri Şeyx Salman bin İbrahim Əl-Xəlifə təklifə qarşı çıxaraq, 64 komandalı mundialın həm təşkilati, həm də seçmə mərhələsi baxımından ciddi problemlər yaradacağını bildiriblər.
- Növbəti DÇ tarix yazacaq - Bir əsrlik mundialda gözlənilməz dəyişikliklər
- Prezidentin qızına xəyanətini qəzetdə elan vermişdi - 644 milyon ödəyəcək
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı