Aprelin 5-i səhər saatlarına olan məlumata görə, dünyanın müxtəlif ölkələrində İsrailin 28 diplomatik missiyası bağlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyusru.co.il” İsrail Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
“Bu, İranın Dəməşqdəki konsulluğuna hücum nəticəsində ölən SEPAH generallarının qisasının alınması hədələri ilə bağlıdır. Səfirliklərin bağlanması barədə qərarı XİN-in təhlükəsizlik xidməti İsaril təhlükəsizlik xidməti (Şin Bet) ilə məsləhətləşərək qəbul edib. Missiya işçilərinə hələ işə gəlməmələri, ayıq olmaları və İsrail ilə əlaqəli yerləri müvəqqəti ziyarət etməmələri deyilib”, - məlumatda deyilir.
- Güneydən Bakıya 183 yazarın imzası ilə etiraz - O, təmsilçimiz deyil!
- Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video
- Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı
- “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
- Kamran Əliyev ABŞ-da
- Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi
- Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi
- İraqlı nazir Azərbaycana gəldi