Casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Rayanın atası oğlunun görüşdüyü iki "diplomat"ın Fransa xüsusi xidmət orqanlarının agentləri olduğunu təsdiqləyib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Fransalı iş adamının məhkəməsi ötən cümə axşamı Bakıda başlamalı idi. AFP-nin məlumatına görə, bununla belə, məhkəmə prosesi təxirə salınıb və istintaq uzadılıb.
Fransa Prezidenti Emmanuel Makrona yanvarın 23-də göndərdiyi məktubda atası Riçard Rayan yazıb ki, Martin başqalarının oyunlarının qurbanı olub.
“Bu səhər telefonla danışdığım oğlum Martin israr edir ki, DGSE (Fransa xarici kəşfiyyatı) əməkdaşları günahkardırlar. Çünki onlar Martinin razılığı olmadan oğlumu gözdən salmağa çalışıblar”, - R.Rayan AFP-yə bildirib.
Qeyd edək ki, dekabrın 4-də “Merkorama MMC-nin Baş direktoru Martin Rayan Bakıda casusluq ittihamı ilə həbs edilib. Özlərini Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları kimi təqdim etsələr də, əslində isə xarici kəşfiyyat agentləri olublar. Martini də casusluğa onlar sövq ediblər. Həmin iki agent sonradan Bakıdan qovulublar.
- Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı
- “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
- Kamran Əliyev ABŞ-da
- Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi
- Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi
- İraqlı nazir Azərbaycana gəldi
- Prezidentdən qərar: Yeni qanun layihəsi hazırlanır
- Ağdərə sakini minaya düşdü