Sabah Ramazan ayının iyirmi yeddinci günüdür.
BUTA.TV xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 6-da imsak vaxtı saat 04:47-da, iftar vaxtı isə 19:25-dədır.
İyirmi yeddinci günün imsak duası:
“Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!”
Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul eləsin!
- Prezidentin qızına xəyanətini qəzetdə elan vermişdi - 644 milyon ödəyəcək
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
- Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar