Ukraynada PUA hərbi hissəni vurdu

20:40 - 5 Aprel 2024 - GÜNDƏM

 Ukraynada PUA hərbi hissəni vurdu

Bu gün Ukraynanın Dnestryanı bölgəsindəki hərbi hissəyə pilotsuz uçuş aparatı tərəfindən hücum edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.

"Saat 14:35 radələrində Rıbnitsa vilayətində Müdafiə Nazirliyinin “PMR” hərbi hissəsinin ərazisinə kamikadze pilotsuz uçuş aparatı hücum edib", - məlumatda bildirilib.

Qeyd olunub ki, hücum zamanı xəsarət alan olmasa da, radar stansiyasına ziyan dəyib. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol