Azərbaycanda bu universitetin bağlanacağı xəbəri yayıldı

01:46 - 6 Aprel 2024 - GÜNDƏM

 Azərbaycanda bu universitetin bağlanacağı xəbəri yayıldı

Azərbaycan Kooperasiya Universitetinin bağlanacağı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

BUTA.TV AzEdu.az-a istinadən xəbər verir ki, universitetin mətbuat xidmətindən məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.

“Məlumat əvvəlcə Teleqram, daha sonra isə Tiktok sosial şəbəkəsində paylaşılıb. Bəyənmə və rəy toplamaq məqsədi ilə tələbələrdən biri tərəfindən hazırlanıb. Bununla bağlı universitet kollektivinə hər hansısa bir xəbərdarlıq edilməyib. Yoxlanılma aparılmayıb. Paylaşılan məlumatın heç bir rəsmi əsası yoxdur", - məlumatda bildirilib.

Qeyd edək ki, paylaşımda 2002-ci ildə qeydiyyata alınaraq fəaliyyətə başlayan Kooperasiya Universitetinin lisenziyasının iyul ayında ləğv ediləcəyi bildirilib. İddia edilib ki, Təhsil Nazirliyinin keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanmasıdır. Həmçinin universitetin bağlanacağı ilə bağlı kollektivə xəbərdarlıq edildiyi də vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol