Mariya Stadnik Parisə lisenziya qazana bilmədi

19:12 - 6 Aprel 2024 - GÜNDƏM

 Mariya Stadnik Parisə lisenziya qazana bilmədi

Aprelin 6-da Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.

BUTA.TV xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 2:4 hesabı ilə məğlub olan M.Stadnik bu turnirdən Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kiloqram) isə 1/4 finalda məğlub olaraq lisenziya qazana bilməyiblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol