Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başa düşməlidir ki, Ukrayna və Rusiya arasında danışıqların baş tutması üçün ölkəsi kifayət etməyəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski RBK-ya müsahibəsində bildirib.
“Türkiyə əsirlərlə bağlı bizə kömək etdi. Bu bir faktdır. Onlar vasitəçi olmaq istəyirlər. Amma Prezident Ərdoğan bilməlidir ki, təkcə Türkiyə vasitəçi kimi bizim üçün kifayət deyil. Bizim üçün sülh sammiti formatı daha yaxşıdır. Mən düşünmürəm ki, Türkiyə təkbaşına Putinin siyasətini sıxışdıra bilsin”, – Zelenski bildirib.
Onun sözlərinə görə, Türkiyə vasitəçilik missiyasını yerinə yetirə biləcək ölkələr siyahısında olacaq:
“Bu gün planlaşdırdığımız format çox mürəkkəbdir, çünki bir çox müxtəlif ölkəni bir araya gətirməliyik. Hamısını toplamaq, format tapmaq, necə davam etmək olar - onlarla razılaşmaq lazımdır. Bax belə bir ölkə, inanıram ki, Rusiyanı sülhə məcbur etməyə cəhd edə bilər”.
- Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı
- “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
- Kamran Əliyev ABŞ-da
- Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi
- Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi
- İraqlı nazir Azərbaycana gəldi
- Prezidentdən qərar: Yeni qanun layihəsi hazırlanır
- Ağdərə sakini minaya düşdü