Türkiyədə yeni bələdiyyə başqanından unikal addım - Foto

23:54 - 7 Aprel 2024 - GÜNDƏM

 Türkiyədə yeni bələdiyyə başqanından unikal addım - Foto

Türkiyə yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə qalib gələrək Sakarya Geyve ilçəsində bələdiyyə başqanı olan Yenidən Rəfah Partiyasının namizədi Səlcuq Yılmaz maraqlı addımı ilə diqqəti özünə çəkib.

BUTA.TV xəbər verir ki, o, namizəd olduğu dönəmdə israfçılığa son qoyulması yönündə verdiyi vədləri yerinə yetirməkdə qərarlı olduğunu açıqlayıb.

Bu məqsədlə “Mersedes” markalı son model xidməti avtomobilini satışa çıxarıb.

“Seçki öncəsi söz vermiş, israfı bitirəcəyik” demişdik”, - deyə S.Yıldız sosial şəbəkə səhifəsində yazıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol