Son günlər İranda dolların bahalaşmasının əsas səbəbkarı İsrailin son hücumudur.
BUTA.TV xəbər verir ki, bunu parlamentin Sənaye və Mədən Komissiyasının üzvü Məhəmməd Hüseyn Fərhəngi deyib.
“Məzənnənin artmasının ən böyük səbəbi İsrailin son hücumundan sonra yaranan narahatlıq və gərginlikdir. İsrailin gərginlik səviyyəsini artırmaq və münaqişələri genişləndirmək cəhdi müxtəlif bazarlarda psixoloji təsirlər yaradıb”, - o iddia edib.
Qeyd edək ki, bir neçə ildir ucuzlaşmaqda davam edən İran pulu 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra daha sürətlə dəyər itirməyə başlayıb. Hazırda Tehranın azad bazarında bir dollar 64 min tümənə satılır.
- Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi
- İraqlı nazir Azərbaycana gəldi
- Prezidentdən qərar: Yeni qanun layihəsi hazırlanır
- Ağdərə sakini minaya düşdü
- Azərbaycan və Özbəkistan birgə fəaliyyət planı imzaladı - Video
- ABB bu sahədə Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!
- Baş nazirdən hərbi ekspertiza ilə bağlı mühüm qərar
- Yekaterinburqda saxlanılan azərbaycanlı həbs edildi