Son günlər İranda dolların bahalaşmasının əsas səbəbkarı İsrailin son hücumudur.
BUTA.TV xəbər verir ki, bunu parlamentin Sənaye və Mədən Komissiyasının üzvü Məhəmməd Hüseyn Fərhəngi deyib.
“Məzənnənin artmasının ən böyük səbəbi İsrailin son hücumundan sonra yaranan narahatlıq və gərginlikdir. İsrailin gərginlik səviyyəsini artırmaq və münaqişələri genişləndirmək cəhdi müxtəlif bazarlarda psixoloji təsirlər yaradıb”, - o iddia edib.
Qeyd edək ki, bir neçə ildir ucuzlaşmaqda davam edən İran pulu 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra daha sürətlə dəyər itirməyə başlayıb. Hazırda Tehranın azad bazarında bir dollar 64 min tümənə satılır.
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Axtarılan 12 yaşlı qız bıçaq yarasından öldü
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
- Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar