Mart ayı ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrindən 34-də monitorinqlər keçirilib.
İdarədən BUTA.TV-a verilən məlumata görə, monitorinqlər əsasən təhsil müəssisələrində məktəb sənədləşməsi, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri ilə bağlı aparılıb.
Təhsil müəssisələrində aparılmış monitorinqlər zamanı aşkar edilmiş ciddi pozuntu və nöqsanlara əsasən, qanunvericiliklə müəyyən olunmuş əmək funksiyası və vəzifəsini düzgün yerinə yetirmədiyi üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyininin müvafiq əmri ilə 2 təhsil müəssisəsinin rəhbəri ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müvafiq əmrləri ilə isə 2 müəssisə rəhbərinə töhmət, 5 müəssisə rəhbərinə şiddətli töhmət verilib, 2 müəssisə rəhbərinə isə xəbərdarlıq edilib.
Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Axtarılan 12 yaşlı qız bıçaq yarasından öldü
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
- Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar