Bağanis sakini: Mən də bilirəm ki, bu kəndlər bizim deyil - Video

13:36 - 9 Aprel 2024 - GÜNDƏM

 Bağanis sakini: Mən də bilirəm ki, bu kəndlər bizim deyil - Video

Bu gün hökumət elan edir ki, kəndlər Ermənistanın ərazisinə daxil deyil, onları qaytarmaq lazımdır. Biz bu barədə əvvəldən bilirdik, bu gün də bilirik ki, kəndlər Ermənistana məxsus deyil.

BUTA.TV xəbər verir ki, bunu işğal altında olan Əskipara (Voskepar) kəndinin erməni sakini Seryoja Aleksanyan “Azadlıq” radiosuna açıqlamasında deyib.

“Hakimiyyət İrəvanda oturub qərarlar qəbul edir. Mən yaxşı bilirəm kəndlər bizə məxsus deyil. Bunu 1990-cı illərdə də bilirdik”, - sakin bildirib.

O qeyd edib ki, sərhədyanı kəndlərin əhalisinə sülh daha çox lazımdır, amma bu, sülh deyil:

“Hakimiyyət istəyir ki, biz düşmənin nişangahı altında yaşayaq. Bu, bizim üçün alçaldıcıdır. Bundan sonra heç kim kənddə rahat yaşaya bilməz”.

O, həmçinin Azərbaycanın kimi ittiham edəcəyini heç kimin bilmədiyini də deyib:

“Ola bilsin mən də həmin şəxslərin sırasındayam. Həmin illərdə azərbaycanlılar bizim üçün təhlükə idi. Kəndlilər Bağanisin təhlükəsizlik məsələsini bir neçə ov tüfəngi ilə həll etdilər. Bağanis Ayrım Azərbaycana qaytarıldıqda başımıza nələrin gələcəyini təsəvvür edirik. Fikrimcə, Azərbaycan Silahlı Qüvvələri əllərində axtarılan şəxslərin siyahısı ilə kəndə daxil olsalar, kənd sakinlərinin əksəriyyəti həbsxanaya düşəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol