Aprelin 8-də Urmiyanın Şəhər Şurasının iclasında qarşıdurma və qalmaqal yaşanıb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media fəalları məlumat yayıb.
Şəhər Şurasının iki kürd əsilli üzvü Sasan İbrahimzadə və Sadiq Təvəkkülimehr onlar barədə tənqidi yazı dərc edən yerli “Carçı” media orqanının nümayəndəsinin iclasda iştirakına etiraz ediblər.
Şuranın türk üzvlərinin onların etirazlarının yersiz olduğuna dair çıxışları qarşıdurmaya səbəb olub.
Sasan İbrahimzadə və Sadiq Təvəkkülimehr şuranın türk üzvü Rəsul Əsgərzadənin məsələ ilə bağlı Azərbaycan dilində çıxışına etiraz edib və iclası tərk ediblər.
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
- Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar
- Bakıda Oktyabr küçəsi - Sovet ənənəsini yaşadırıq?
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- “Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
- Üçüncü qeyri-rəsmi Şamaxı toplantısı keçirildi