İsrail Rəfah əməliyyatı ilə bağlı bizə məlumat verməyib - Blinken

00:50 - 10 Aprel 2024 - GÜNDƏM

 İsrail Rəfah əməliyyatı ilə bağlı bizə məlumat verməyib - Blinken

İsrail ABŞ tərəfinə Rəfaha əməliyyat tarixi ilə bağlı hər hansı məlumat verməyib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Britaniya xarici işlər naziri Devid Kemeronla görüşdən sonra mediaya açıqlamasında deyib.

O, həmçinin Rəfah əməliyyatına da qarşı olduqlarını açıqlayıb:

“Mülki şəxslərin qorunması ilə bağlı plan olmadan Rəfah əməliyyatına qarşıyıq. Mövzu ilə bağlı İsrail rəsmiləri ilə görüşlər keçirilir”.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu Rəfah əməliyyatının tarixinin bəlli olduğunu açıqlamışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol