NATO Rusiya sərhədinin yaxınlığında qərargah yaradır

08:32 - 10 Aprel 2024 - GÜNDƏM

 NATO Rusiya sərhədinin yaxınlığında qərargah yaradır

NATO quru qoşunlarının qərargahını Finlandiyada, Rusiya sərhədinin yaxınlığında yerləşdirməyi planlaşdırır.

BUTA.TV xəbər verir ki, bu sözləri Finlandiyanın Norveçin müdafiə naziri Börn Arild Qram deyib.

O bildirib ki, qərargah Finlandiyanın Mikkeli şəhərində yerləşəcək. Oradan Rusiya ilə sərhədə qədər cəmi 140 kilometrdir. Hərbi bölmələr ABŞ-ın Norfolk əyalətindəki hərbi blokun qərargah komandirlərinə tabe olacaq.

Nazirin sözlərinə görə, qərargah döyüş hazırlığının artırılmasına cavabdeh olacaq və sutka ərzində işləyəcək. NATO-nun iyulda keçiriləcək sammitində yeni bölmənin yaradılması planları müzakirə olunacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol