Polis 16 yaşlı qızı axtarır - Foto

11:46 - 10 Aprel 2024 - GÜNDƏM

 Polis 16 yaşlı qızı axtarır - Foto

Şəkidə 16 yaşlı qız itkin düşüb.

BUTA.TV xəbər verir ki, Şəki şəhər sakini, 2008-ci il təvəllüdlü Aysel Vaqif qızı Mustafayeva aprelin 4-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 150 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə onun əynində göy rəngli cins şalvar,ağ köynək və ayağında qara rəngli idman ayaqqabısı olub.

Fotodakı şəxsi tanıyanlar və barəsində məlumatı olanlar DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol