İndi Qərbin Cənubi Qafqazda ən mühüm məqsədi var; o, sülhün bərqərar olmasını deyil, Rusiyanı Qafqazdan çıxarmaq istəyir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Azərtac-a müsahibəsində deyib.
"Böyük dövlətlər regionda sabitliyi pozmağa çalışırlar. Təcrübəli imperialist yırtıcılar müxtəlif qüvvələr və alətlərlə manipulyasiya edərək, “parçala və hökm sür” prinsipi ilə hərəkət etməyə alışıblar. Qərb Cənubi Koreyaya, Almaniyaya, Yaponiyaya gələndə, bu ölkələr firavanlığa doğru irəlilədilər. İndi hər şey fərqlidir. Qərb İraqa, Əfqanıstana, Ukraynaya, Gürcüstana gəlib, bu ölkələri xaos vəziyyətinə salıb. Orada firavanlıq yoxdur.
Avropa Birliyinin digər strateji məqsədi öz ətrafında dost və asılı siyasi rejimlər kəməri yaratmaqdır. AB Gürcüstan və Ermənistan üzərində nəzarətini gücləndirmək və Azərbaycan üzərində nəzarəti bərqərar etmək üçün Ermənistandan Cənubi Qafqaza doğru marşrut kimi istifadə edəcək. ABŞ-ın digər mühüm məqsədi İrana qarşı gələcək müharibə üçün tramplin yaratmaqdır", - Markov qeyd edib.
- Ağır il gəlir: Bakı ilə bir millimetrlik etimad...
- Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?
- Azərbaycanda yanacaq bahalaşacaq, yoxsa ucuzlaşacaq?
- AZAL təyyarəsi qəzaya düşmədən öncə... - Yeni video
- Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı