Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “TRT Haber”ə açıqlamasında deyib.
“Cənab Ərdoğan M.Abbasa bildirdi ki, nə olursa olsun, İsrailin Qəzzaya hücumlarına qarşı möhkəm dayanmağa davam edəcəklər. İsrail bu zülmün əvəzini mütləq ödəyəcək.
Türkiyə prezidenti eyni zamanda vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının qərarı da daxil olmaqla, atəşkəs üçün bütün vasitələri səfərbər edilməlidir. İsrailə qarşı möhkəm və birlik içində mübarizə aparmaq lazımdır”, - F.Altun qeyd edib.
- 33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu
- Türkiyədə əməliyyat: Azərbaycan vətəndaşı saxlanıldı
- DİM bu imtahanın nəticələrini elan etdi
- Oğlunu şəhid verən ana qızına həyat verdi
- DOST xidmətləri artıq İmişlidə
- 8 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olundu
- Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
- Xətai rayonunda dəniz mənzərəli hazır mənzil haradan almaq olar?