Rayonlarda yağıntılı hava nə vaxta kimi davam edəcək?

09:48 - 15 Aprel 2024 - GÜNDƏM

 Rayonlarda yağıntılı hava nə vaxta kimi davam edəcək?

Aprelin 15-i saat 9:00-a olan məlumata əsasən, aprelin 14-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağıntılı olub.

Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, Şahdağda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm olub.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 28 mm, Baş Daşağıl (Oğuz), Əlibəydə (Zaqatala) 23 mm, Qəbələdə 8 mm, Balakəndə 7 mm, İsmayıllı, Göyçay, Ağsu, Bərdə, Qrız, Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Kürdəmir, Qusar, Yevlax, Quba, Tərtər, Şamaxıda 5 mm-dək olub.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Aprelin 14-də şimal-qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.

Biləsuvar, Şahdağ, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 20-25 dərəcə, Aran rayonlarında 25 dərəcəyədək, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.

Yağıntılı hava şəraiti aprelin 15-i axşam saatlarından tədricən kəsiləcək. 16-17-də ölkə ərazisində havanın sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləkləri üstünlük təşkil edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol