AzTV-nin sabiq əməkdaşına vəzifə verildi

20:33 - 22 İyul 2026 - GÜNDƏM

 AzTV-nin sabiq əməkdaşına vəzifə verildi

Elzar Ağayev Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri vəzifəsinə təyin edilib.

BUTA.TV Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

O, Agentliyin sədri Hasil Abbasov tərəfindən kollektivə təqdim edilib.

Qeyd edək ki, Elzar Ağayev jurnalistika sahəsində 23 ildən artıq təcrübəyə sahibdir. O, 20 ildən artıq Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrinin, əsasən də “AzTV”nin Yaxın Şərq, Ərəb ölkələri, Rusiya Federasiyası və bir sıra Avropa ölkərində nümayəndəsi kimi fəaliyyət göstərib.

Bu xəbər hal-hazırda çox oxunur
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib

Elzar Ağayev son illərdə Belçikanın Brüssel şəhərində “AzTV”nin Avropa bürosunun rəhbəri vəzifəsində çalışıb.

İngilis, rus, fransız və ərəb dillərini bilir.

Ailəlidir. 3 qız övladı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol