Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi

22:18 - 22 İyul 2026 - GÜNDƏM

 Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 22 iyul 2026-cı il tarixdə imzaladığı sərəncamla Xaliq Yunis oğlu Babayev "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, Bəxtiyar Məmmədovun digər sərəncamı ilə Vüsal Hicran oğlu Muradov "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Vüsal Hicran oğlu Muradova həvalə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol