Böyük Britaniya krallıqdan qovulmuş qanunsuz miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms” qəzeti Britaniya Xarici İşlər Nazirliyinin sənədlərinə istinadən məlumat yayıb.
“Bu məsələ ilə bağlı Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta-Rika ilə dialoq davam edir. London məhz bu dörd ölkə ilə Böyük Britaniya və Ruanda arasında əvvəllər əldə edilmiş razılaşmanın analoqunu bağlamağı düşünür. Braziliya, Kolumbiya, Paraqvay, Peru və Ekvadorla mümkün əməkdaşlıq məsələsi də qaldırılıb, lakin Krallığın Xarici İşlər Nazirliyi hesab edir ki, bu ölkələrin hakimiyyət orqanları bunda çox maraqlı olmayacaq. Qambiya, Mərakeş, Namibiya və Tunis sözügedən məsələni müzakirə etməkdən imtina edib”, - məlumatda deyilir.
- Tiflisə getmək istəyənlərə sevindirici xəbər
- Türkiyədəki səfirimiz o oldu - Foto
- Azərbaycanın İtaliyadakı səfiri geri çağırıldı
- Prezident təsdiqlədi: 20 manatlıq dövlət rüsumu ləğv edildi
- Türkiyədən geri çağırıldı - Özbəkistana səfir təyin edildi
- Prezident 2 fərman imzaladı
- Nazir bu teatra direktor təyin etdi
- AAYDA-ya məxsus şirkət ləğv olundu