İlham Əliyev Slovakiyanın yeni prezidentini təbrik etdi

13:18 - 15 Aprel 2024 - GÜNDƏM

 İlham Əliyev Slovakiyanın yeni prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın yeni seçilmiş Prezidenti Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb.

BUTA.TV təbrikin mətnini təqdim edir:

"Hörmətli cənab Pelleqrini,

Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Slovakiya ilə dostluq əlaqələrimizin inkişafı bizim üçün böyük önəm kəsb edir. Hazırda Azərbaycan-Slovakiya əməkdaşlığının müxtəlif sahələrdə yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Keçən ildən ölkəmizin Bratislavada fəaliyyətə başlamış Səfirliyinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyinə inanıram.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol