Fransa hələ də Ermənistan-Azərbaycan razılaşması ilə bağlı susmaqda davam edir. Yeri gəlmişkən, Yunanıstanda da susqunluq var. Qəribə deyilmi ki, hətta Sloveniya XİN-i də Bakı və İrəvanı alqışlayır, təbrik edir, Fransa və Yunanıstan isə susur? Axı X-də bir-iki sətir yazmaq niyə çətin olsun ki? Əlbəttə, yazmaq çətin deyil, amma bəlkə də öz maraqlarına zidd yazmaq çətindir.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib.
“Yadınızdadır, Vaşinqton danışıqlarının ikinci - iyun raundundan sonra “Daşnaksütyun”un Fransa strukturu Makronun İrəvanın maraqlarını çox vaxt Paşinyandan daha səylə müdafiə etdiyini yaymışdı? Dərhal cavab verildi ki, bu, “Daşnaksütyun” tərəfindən yayılan dezinformasiyadır, baxmayaraq ki, Yelisey sarayı heç vaxt Makronun bu sözləri dediyini rəsmən inkar etmədi. Bir neçə həftə əvvəl İlham Əliyev demişdi ki, Fransa Azərbaycanla regionda liderlik uğrunda mübarizə aparır. Və bu gün hətta bəyan edir ki, bizim vasitəçiyə ehtiyacımız yoxdur, aramızda razılaşma var. Bunun hərfi mənası nə deməkdir? Bu o deməkdir ki, mən artıq bu regionda elə səviyyəyə gəlib çatmışam ki, siz ancaq qlobal məsələlərlə məşğul olub mənimlə danışmalısınız, Ermənistan-Azərbaycan məsələsi isə artıq tamamilə mənim çəki kateqoriyamdadır”, - o bildirib.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik