Bərdə rayonunda restoranda dava olub.

BUTA.TV-ın məlumatına görə, hadisə rayon ərazisindəki restoranlardan birində baş verib.

Orada müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunla maraqlanıb.

Bundan əvvəl də Yalçın restorana gəlib və Yeganənin müştərilər üçün oxuduğunu görərək ona irad bildirib. Onun restoranda səs-küy yaratdığını görən administrator Rafil Əhmədov (soyad şərtidir - red.) Yalçına yaxınlaşaraq müştəriləri narahat etməməsini tapşırıb.

Yalçın təkrarən səs-küy salaraq restoranın iş rejiminə mane olub. Rafil onu restorandan çıxararaq qovub.

Hadisədən iki gün sonra Yalçın yenidən restorana gələrək Rafil ilə mübahisə edib. Nəticədə dava düşüb və Rafil baş zərbəsi ilə Yalçının burnunu sındırıb.

Hadisə yerinə polis əməkdaşları gəlib, inzibatçı saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə R.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İntim münasibətdən sonra qadını pəncərədən atdı - "AF Hotel"dəki dəhşətli hadisənin təfərrüatı - FOTO İntim münasibətdən sonra qadını pəncərədən atdı - "AF Hotel"dəki dəhşətli hadisənin təfərrüatı - FOTO